Daşınmaz Əmlak Əməliyyatlarında Təhlükəsizlik Qaydaları
Kirayə ev və ya mənzil alarkən saxtakarların və beh dələduzlarının qurbanı olmamaq üçün bu qızıl qaydaları mütləq oxuyun və əməl edin.
1 nömrəli Qayda: Qabaqcadan Heç Vaxt Beh (Avans) Göndərməyin!
Dələduzların ən geniş yayılmış sxemi: Çox gözəl və ucuz mənzil şəkli paylaşırlar. Zəng edəndə deyirlər: «Evə çox müştəri zəng edir, hal-hazırda rayondadayam / xaricdəyəm, karta 50-100 AZN beh atın, evi başqasına verməyim».
- Mənzilə şəxsən daxil olub baxmamış pul köçürməyin;
- WhatsApp və ya telefonla «tələsin, ev əldən çıxır» deyənlərə inanmayın;
- Mülkiyyətçinin şəxsiyyətini və sənədlərini görmədən beh verməyin.
Mənzilə Şəxsən Baxış Keçirin
Yalnız foto və ya video ilə kifayətlənməyin. Mənzilə şəxsən gedin, qonşularla və ya bina komendantı ilə əlaqə saxlayaraq həmin şəxsin həqiqətən bu mənzilin sahibi olub-olmadığını dəqiqləşdirin.
Çıxarış və Şəxsiyyəti Yoxlayın
Mənzili icarəyə götürərkən və ya alarkən şəxsin şəxsiyyət vəsiqəsi ilə Daşınmaz Əmlakın Çıxarışındakı (Kupça) ad-soyadı mütləq tutuşdurun. Şübhə olduqda Notariat və ya ASAN Xidmət vasitəsilə arayış tələb edin.
Şübhəli Dərəcədə Ucuz Qiymətlər
Bazar qiymətindən 2-3 dəfə ucuz qoyulmuş elanlar 99% hallarda aldadıcı tələlərdir. Məqsəd zənglərin sayını artırmaq və tez beh qoparıb yoxa çıxmaqdır.
Rəsmi Müqavilə Bağlayın
Hətta 1 aylıq kirayə üçün belə tərəflər arasında sadə yazılı icarə müqaviləsi və ya təhvil-təslim aktı tərtib edin. Ödənişləri çek və ya qəbzlə təsdiqləyin.
Homix.az Sizdən Heç Vaxt Beh İstəmir!
Diqqətli olun: Homix.az administrasiyası və ya əməkdaşları heç vaxt zəng edib və ya mesaj yazıb sizdən hər hansı mənzil üçün kart nömrəsi, beh və ya ilkin ödəniş tələb etmir. Əgər kimsə özünü «Homix əməkdaşıyam, filan ev üçün beh atın» deyə təqdim edərsə, bu şəxs qəti şəkildə dələduzdur. Dərhal əlaqəni kəsin və bizə bildirin.
Portalın məsuliyyət dairəsi və hüquqi şərtləri ilə tanış olmaq üçün İstifadəçi Razılaşmasını oxuyun.
